Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Maral Akşeneri özünə köməkçi təyin edəcək - KİV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş müxalifət lideri, İYİ partiyanın eks sədri Maral Akşeneri köməkçisi təyin edəcək.

“Cümhuriyyət” xəbər verir ki, bu iddia ilə jurnalist Erdal Sağlam çıxış edib.

Qeyd olunub ki, onun təyinatı artıq dəqiqləşib.

E.Sağlamın sözlərinə görə, bununla da Ərdoğanın köməkçilərinin sayı ikiyə çatdırılıb.

Hazırda onun köməkçisi ölkənin vitse-prezidenti Cevdet Yılmazdır.

Qeyd edək ki, qarşıdakı aylarda Türkiyə Nazirlər Kabinetində dəyişiklik olacağı gözlənilir. İddiaya görə, ən azı altı nazir vəzifəsindən azad ediləcək.

Xatırladaq ki, Akşener ötən il iyunun 5-də Ərdoğanla görüşüb O, ötən ilin mayında partiya sədrliyindən istefa verib.