Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əminə Ərdoğan Ukraynanın birinci xanımı ilə görüşüb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya ilə görüşüb.

Bu barədə Əminə Ərdoğan tvitter hesabında məlumat verib.

“Müharibədən əziyyət çəkən qadın və uşaqlar başda olmaqla Ukrayna xalqının yaralarını birlikdə saracağımıza inanıram”, - deyə Ərdoğan qeyd edib.