Logo
news content
User
Kateqoriyalar

Xəbər

Emin: “Vətənimizin müdafiəçiləri qarşısında çıxış etdiyim üçün qürur duyuram” - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Emin Ağalarovun Kəlbəcərdə konserti baş tutub.

Müğənni konserti ilə bağlı paylaşım edərək həmkarlarına təşəkkürünü bildirib:

“Bu gün Kəlbəcərdə Vətənimizin müdafiəçiləri qarşısında çıxış etdiyim üçün böyük qürur hissi duyuram. Yaşa doğma Azərbaycan! Eləcə də, böyük məmnuniyyətlə və qürur hissi ilə tədbirdə iştirak edən bütün həmkarlarıma təşəkkürlərimi bildirmək istəyirəm”.