Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əməkdar jurnalist VƏFAT ETDİ

Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

Bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.

Əməkdar jurnalist bir müddət əvvəl səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə alırdı.

Xatırladaq ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə işləyib, ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb. Eyni zamanda, ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri idi. Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Fəxri adı ilə təltif edilib.