Elman Rüstəmov: “Milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib”
16 Noyabr 2021
“Milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
AMB sədri bildirib ki, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: “Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Son illər inflyasiyanın hədəflənməsi rejimi ilə bağlı çox işlər görülüb. Biz bu işlərin son mərhələsinə keçmişik. Biz hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn iqtisadiyyatın əsas hədəfi inflyasiyanın hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır”.