Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev və Paşinyan Çində görüşüblər

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşüb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti çərçivəsində gerçəkləşib.

Hələlik, görüşün detalları açıqlanmır.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər bu iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedir. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ-ın vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.