Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisini dəyişdi
25 Oktyabr 2025
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Rza oğlu Abbasov vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi postuna Sərdar Süleyman oğlu Səfərov təyin olunub.
Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.