Əliyev: “Ermənistanla sülh müqaviləsinin 80 faizi razılaşdırılıb”
06 Sentyabr 2024
“Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür”, - prezident İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobio Beynəlxalq Forumunda çıxış edərkən bildirib.
Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.