Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev Ərdoğandan "TOGG" istəyib - 2 ədəd

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini deyib.

Bunu Ərdoğan jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən bildirib.

Türkiyə Prezidenti vətəndaşların yeni istehsal olunan avtomobildən razı qalacaqlarını qeyd edib:

“TOGG-un fabrikində hər şey robotlaşdırılmışdır. TOGG-ni xalqımıza sevdirmək bizim üçün vacibdir. Biz vətəndaşlarımızın qarşısında variantlar təqdim edəcəyik, hansını bəyənirlərsə, götürəcəklər. Həyat yoldaşım qırmızı rəngi bəyəndi, qırmızı rəngi götürəcəyik. İlham Əliyev məndən iki "TOGG" istədi. "TOGG" satışa çıxanda rəqabətədavamlı olacaq. O, 0-dan 100 kilometrə 4,8 saniyəyə çata bilir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "TOGG" mobilini sınaqdan keçirib. Dövlət başçısı Gemlik zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.