Əliyev: “Cənubi Qafqazda sabitlik Azərbaycan və Rusiyadan asılıdır”
19 Avqust 2024
Cənubi Qafqazda sabitlik əsasən Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyətindən asılıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının yekunlarına dair brifinqdə bildirib.
Əliyev qeyd edib ki, "ötən ilin sentyabrından sonra bölgədə tamamilə yeni vəziyyət yaranıb". Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Yeni vəziyyət Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır, Əliyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər. "Bu gün qəbul edilmiş sənədlər, o cümlədən, ilk növbədə, prezidentlərin birgə bəyannaməsi münasibətlərimizin dost və müttəfiqlik xarakterini bir daha təsdiqləyir", - Əliyev deyib.
"Biz münasibətlərimiz üçün son dərəcə vacib olan "Şimal-Cənub" layihəsinin həyata keçirilməsini ətraflı müzakirə etdik. Azərbaycan ərazisində "Şimal-Cənub" dəhlizinin dəmir yolu və avtomobil seqmentləri tam reallaşdırılıb, Əliyev deyib.
"Biz həmçinin hər iki tərəfi narahat edən məsələ, yəni Xəzərdəki ekoloji vəziyyət, onun fəlakətli dayazlığı ilə bağlı fikir mübadiləsi apardıq. Biz mümkün ekoloji fəlakətin qarşısını almaq üçün yolları həm ikitərəfli formatda, həm də beştərəfli formatda birgə təhlil və müəyyən barədə razılığa gəldik", - Əliyev bildirib.