Ələsgər Məmmədlinin həbsxanada səhhəti pisləşib
19 Dekabr 2024
Vəkil Fəxrəddin Mehdiyev bu gün Bakı İstintaq təcridxanasında Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli ilə görüşüb. Bu barədə Turana Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bilsirib.
«Görüşdən sonra mənimlə əlaqə saxlayan Fəxrəddin bəy bildirdi ki, Ələsgər bəyin səhətində problemlər artıb. Bildirdi ki, onunla görüşəndə Ələsgər bəy halsız idi. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətləndi. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Daxili orqanlarındakı ağrılar qidalanmasına əngəl yaradır. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Gah çox yüksəyə qalxır, gah da kəskin enir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırb», - », - N.Məmmədli davam edib.
Ə.Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır. Eyni zamanda son günlər ürəyində də problemlər yaranıb. «Ələsgər bəy təqsirsiz olsa da qanunsuz həbsə məhkum edilib və 10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Ölkənin olduqca mədəni, savadlı, peşəkar bir aydın insanına qarşı açıq aşkar hüquq terroru törədilir. Təəssüf ki ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib», - daha sonra N.Məmmədli qeyd edib.
6-8 mart tarixlərində "Tolum TV" və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.