Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əl Şaraa Ağ Evdə Trampla danışıqlar aparıb

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib.

Reuters" agentliyi xəbər verir ki, Əl Şaraa artıq Ağ Evi tərk edib.

Agentlik görüşün təfərrüatlarını açıqlamayıb, danışıqlar mətbuat üçün qapalı şəkildə baş tutub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Dəməşqə qarşı sanksiya rejiminin və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını bəyan etmişdi.