Əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv edilib
21 Dekabr 2024
HTŞ lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat götürülüb.
Bu haqda ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir.
Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif əl-Colani ilə görüşün təfərrüatlarını açıqlayıb.
Lif, əl-Colani haqqında məlumat verəcək olan şəxs üçün 10 milyon dollar mükafatın silindiyini və bu yeni qərarın onun özünə çatdırıldığını bildirib.