Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ehtiyatda olan polkovnik böhtan ittihamı ilə həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib.

Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda E.Məmmədovun 6 ay müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə polkovnik E.Məmmədov Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı. Daha sonra onunla bağlı məhkəməyə müraciət edilib.

O, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ( Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.