Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfsanəvi modelyer Corcio Armani vəfat edib

İtaliyalı modelyer Corcio Armani 91 yaşında vəfat edib.

Bu barədə İtaliyanın AGI agentliyi məlumat yayıb.

Qeyd edək ki, Corcio Armani öz şirkətini 1975-ci ildə təsis edib və o vaxtdan bəri şirkət İtaliya lüksünün və üslubunun simvollarından birinə çevrilib. Yarım əsr ərzində "Giorgio Armani" brendi zərifliyin təcəssümünə çevrilib.

"Ailəsi və əməkdaşları onun dəyərlərinə hörmət edərək qrupu irəli aparacaqlar", - şirkətin məlumatında bildirilib.