Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstandan axın edən miqrasiya Avropa Komissiyasında ciddi narahatlıq yaradıb

Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson Əfqanıstandan axın edən miqrasiyanın səbəb ola biləcəyi təhlükəsizlik təhdidlərinə daha ciddi yanaşmağa dair çağırış edib.

Bu barədə “Reuters” yazıb.

“Mənim dəyərləndirmələrimə görə, Əfqanıstandan qaynaqlanan terror təhlükəsi ilə bağlı narahatlıq səviyyəsi o qədər də yüksək deyil. Əlbəttə ki, bunu artırmalıyıq”, - deyə agentlik İ.Yohanssondan sitat gətirib. O bu barədə Lüksemburqda Avropa Birliyi (AB) Şurasının daxili işlərlə bağlı iclasından sonra danışıb.

“Reuters” qeyd edir ki, avrokomissar, həmçinin AB-yə üzv dövlətləri Əfqanıstandan köç edənlərin hamısını yoxlamağa və qeydiyyatlarını aparmağa çağırıb. Bununla yanaşı, İ.Yohansson “Əl-Qaidə”nin Əfqanıstanda yenidən baş qaldıra biləcəyi” ilə bağlı narahatlığını da çatdırıb.