Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 900-ü keçir

Əfqanıstanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 900-ü keçib.

Bu barədə xarici media məlumat verir.

Təbii fəlakət nəticəsində ən azı 3 min nəfər yaralanıb.

"Zərərçəkənlər təxliyə olunur, buna görə də bu rəqəmlər əhəmiyyətli dərəcədə dəyişə bilər", - Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin nümayəndəsi bildirib.

Xatırladaq ki, bazar günü gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.