Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstanda Rusiya səfirliyi qarşısında partlayış iki əməkdaşı ölüb

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

Yerli “Aamaj” agentliyinin məlumatına görə, partlayış Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verib. Nəticədə 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir.

Əvvəlcə yaralananlardan ikisinin rusiyalı diplomat olduğu bildirilsə də, son məlumata görə hər iki diplomat ölüb.

Polisdən “Reuters” agentliyinə deyilib ki, kamikadze mühafizəçilər tərəfindən atəşə tutularkən partlayıcılar işə düşüb, o, hədəfinə çata bilməyib.