Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstanda güclü zəlzələ baş verib, yüzlərlə ölən var

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında güclü zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar gecə saatlarında qeydə alınıb. Zəlzələ Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə baş verib. 6 bal gücündə zəlzələnin ocağı təxminən 8 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində 622 ölüb, daha 1 500 nəfər yaralanıb. Qurbanların sayının artacağı gözlənilir. 

"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq".