Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əbdürrəhman Vəzirov vəfat edib

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.

Bu barədə onun oğlu Eldar Vəzirov məlumat verib. Ə.Vəzirov 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əslən Şuşadan olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub.

O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib. 1990-cı 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək orada yaşayıb.