Durova ancaq məhkəmənin icazə verdiyi ünvanda yaşaya bilər - HÖKM
30 Avqust 2024
“Telegram”ın təsisçisi Pavel Durov Fransada hakimin müəyyən etdiyi ünvanda yaşaya bilər.
Bu barədə "Liberation" Paris prokurorluğuna istinadən yazıb.
Məlumata görə, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil və buna görə də məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, məsələn, mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə Fransa ərazisində hərəkət edə bilər.
O, köçərkən yeni ünvanı hakimlə razılaşdırmalı və həftədə iki dəfə polis bölməsinə gəlməlidir.
Prokurorluq, həmçinin P.Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib.