"Dünyanın ən ədalətli hakimi" vəfat edib
21 Avqust 2025
ABŞ-nin dünyaca məşhur hakimi Frenk Kaprio 88 yaşında vəfat edib.
NBC xəbər verir ki, onun vəfatı barədə oğlu açıqlama verib.
Qeyd edək ki, F. Kaprio 40 il Providens məhkəməsində hakimlik edib. O, daha çox "Caught in Providence" adlı televiziya proqamı ilə tanınıb.
2023-cü ildə hakimə xərçəng diaqnozu qoyulub, 1 il sonra isə xəstəliklə mübarizədə qalib gəlib.
Onun adı Providens məhkəmə binasına verilib.
Frenk Kaprio “bütün dünyanın ən ədalətli haklmi” adlandırılırdı.