Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb

"Transfermarkt" futbolçuların transfer qiymətini əsas götürərək, dünyanın ən dəyərli komandalarının yeni siyahısını açıqlayıb.

İspaniyanın "Real" (Madrid) klubu 1,4 milyard avro ilə lider olub.

İlk "beşlik"də həmçinin İngiltərənin "Arsenal" (1,31 milyard avro), "Mançester Siti" (1,21 milyard avro), "Liverpul" (1,15 milyard avro) və Fransanın PSJ (1,15 milyard avro) klubları yer alıblar.

Qeyd edək ki, bu siyahı "Transfermarkt" saytının futbolçuların transfer qiymətlərinə uyğun hazırladığı statistikaya əsaslanır və mütəmadi olaraq yenilənir.