Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən çox maaş alan futbolçusu kimdir?

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən çox qazanan futbolçusu seçilib.

23 yaşlı fransalı Paris klubu ilə bağladığı yeni müqavilə sayəsində reytinq cədvəlində birinci yerə çıxıb. Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105 milyon dollar alacaq. Daha 20 milyonu isə forvarda sponsorluq müqavilələri gətirəcək.

İkinci yerdə 113 milyonla “Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldo qərarlaşıb. 37 yaşlı hücumçu “qırmızı şeytanlar”la müqavilədən 53 milyon, sponsorluq müqavilələrindən isə 60 milyon alacaq.

Dünyanın ən çox maaş alan oyunçular üçlüyünü digər PSJ futbolçusu, argentinalı Lionel Messi qapadıb. O, 110 milyon (62+48) qazanacaq.