Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya tarixində lotoreyada ən böyük məbləğ uduldu - 2 milyard dollar!

Amerikanın məşhur lotereyası Powerball cekpotunun 2 milyard dollarlıq uduşu Los Angelesdə qazanılıb.

Uduşlu bilet Kaliforniyanın Altadena şəhərindəki “Joe's Service Center”də satılıb .

Çekpotun 1,9 milyard dollar olacağı gözlənilsə də, tiraj zamanı məbləğ 2 milyard dolları keçib.

Bu, dünya lotoreya tarixində indiyə qədər udulan ən böyük məbləğdir.

Powerball rəsmiləri bildiriblər ki, qalib birdəfəlik nağd ödənişi seçərsə, uduşun dəyəri xeyli azalacaq.

Qeyd edək ki, cekpot avqustun 6-da 20 milyon dollardan başlayıb.

Powerball hazırda 45 ştatda, eləcə də Vaşinqton, ABŞ Virgin Adaları və Puerto Rikoda oynanılır.