Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Ədalət Layihəsi: Azərbaycan və Ermənistan reytinqə salınmayıb

Dünya Ədalət Layihəsi qanun aliliyinin keyfiyyəti reytinqi yayıb. Azərbaycan, Ermənistan, Türkmənistan və Tacikistanın salınmadığı reytinqə Danimarka başçılıq edir. İlk beşlikdə Norveç, Finlandiya, İsveç və Niderland da yer alır.

140 ölkəlik qanun aliliyi hesabatında Estoniya 9-cu, Litva 18-ci, Latviya 24-cü, Gürcüstan 49-cu, Qazaxıstan 65-ci, Moldova 68-ci, Ukrayna 76-cı, Özbəkistan 78-ci, Belarus 99-cu, Qırğızıstan 100-cü, Rusiya 107-ci, Türkiyə 116-cı, İran 119-cu pillədə göstərilir.

Son beşlikdə Haiti, Konqo Demokratik Respublikası, Əfqanıstan, Kamboca və Venesuela dayanır.