Dünya Çempionatında növbəti sensasiya: Yaponiya İspaniyaya qalib gələrək 1/8 finala yüksəldi
02 Dekabr 2022
Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
İki kollektiv E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.
Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.