Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatında iranlı kapitandan İrandakı etirazçılara dəstək: “…İnsanlar xoşbəxt deyillər”


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İran milli yığmasının kapitanı ölkəsindəki etirazçılara dəstək nümayiş etdirib.





Artıq bir neçə aydır İranda hökumət əleyhinə davam edən nümayişlər hüquq mühafizə orqanlarının güclü təzyiqi ilə üzləşib, ölkə boyu davam edən aksiyalarda ölən və yaralananlar var.





İran liderləri etiraz aksiyalarını ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən "iğtişaşlar" adlandırıb.




İran milli yığmasının 32 yaşlı kapitanı Ehsan Hacsafi mətbuat konfransında bildirib ki, komanda üzvləri [nümayişlərdə] ölənləri "dəstəkləyir".





"Qəbul etməliyik ki, ölkədəki vəziyyət yaxşı deyil və insanlar xoşbəxt deyillər", - Ehsan Hacsafi qeyd edib.





İnsan hüquqları üzrə fəalların bildirdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən indiyədək 400-dən çox etirazçı öldürülüb, 16 min 800-dən çox nümayişçi isə həbs edilib.





"Hər şeydən əvvəl İranda yas içində olan ailələrə başsağlığı vermək istəyirəm", - komandanın kapitanı Hacsafi mətbuat konfransının açılışında deyib.





Turnirə hazırlıq zamanı İranın Dünya Kubokundan kənarlaşdırılması ilə bağlı çağırışlar edilib. Bu kampaniyanı başladanlar Ukraynanın işğal edilməsində İranın Rusiyaya hərbi dəstək verməsini və İranda qadın hüquqlarının pozulmasını əsas gətiriblər.










İran





Xomeyninin evi hazırda muzeydir




Etirazçılar Xomeyninin evini yandırıblar




İranda fəallar İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin doğulduğu evi yandırıblar. Sosial mediada görünən fotolarda Xomeyn şəhərindəki evin qismən yandığı görülür.





Xəbər agentlikləri paylaşılan videonun yerini təsdiqləyib, yerli hakimiyyət isə bunun qəsdən yandırılma olduğunu təkzib edib.





Ayətullah Xomeyninin sonradan muzeyə çevrilən bu evdə doğulduğu deyilir.





Xomeyni 1989-cu ilə, vəfat edənə qədər ölkənin mənəvi lideri olub.





Xomeyni şəhərindən yayılan videolarda evin yandığı vaxt onlarla insanın sevinclə alqış etdiyi görünür. Müxaliflər videonun cümə axşamı günü axşam saatlarında çəkildiyini deyir.





Bununla belə, yarı rəsmi Tasnim xəbər agentliyi Xomeyn şəhərinin yerli məmurlarının evə hücum olmadığını açıqladığını yayıb.





Agentlik azsaylı fəalların evin qarşısında toplaşdığını və daha sonra evin videosunu paylaşaraq, oranın hələ də "zəvvarların və mərhum İmamı sevənlərin üzünə açıq olduğunu" bildirib.





"Böyük inqilabın banisinin evinin qapısı ictimaiyyətə açıqdır", - deyə agentlik əlavə edib.





Xomeyninin doğulduğu evdəki yanğın bütün ölkədə Xomeyninin varisi Ayətullah Əli Xameneyi və onun hökumətinə qarşı keçirilən nümayişlərin son hadisələrindən biridir.





İran rejiminə qarşı etirazlar 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra ölməsi ilə başlayıb.





İranın rəsmi mediasının məlumatına görə, son hadisələrdə beş mühafizəçi həyatını itirib.





Eyni zamanda, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən gənc iranlıların dəfn mərasimlərində yeni aksiyalar baş verib.





Ailəsinin verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki İzeh şəhərində təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən 9 yaşlı Kian Pirfalak üçün təşkil edilən dəfn mərasimində izdiham "Xameneyiyə ölüm" şüarları səsləndirib.





Təbriz, Mahabad və Zahedan şəhərlərində təhlükəsizlik qüvvələrinin səbəb olduğu iddia edilən mülki ölümlərə qarşı etirazlar keçirilib.