Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatında daha bir sensasiya: Fransa Tunisə uduzdu

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" rəqibinə uduzub - 0:1.

Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.