Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatında daha bir qolsuz heç-heçə

Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk tura yekun vurulub.

Qrupun 2-ci oyununda Meksika və Polşa yığmaları üz-üzə gəliblər. Qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, C qrupunun ilk matçında Səudiyyə Ərəbistanı gözlənilmədən Argentina millisinə qalib gəlib - 2:1. Hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Argentina seçməsi isə sonuncudur.