Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya çempionatında Azərbaycan bayrağı: “O tayı da, bu tayı da Azərbaycan” - FOTO/VİDEO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında B qrupunun III turunda İranla ABŞ arasında qarşılaşmadan öncə maraqlı olay yaşanıb.

Oyunun keçirildiyi “El Tumama” stadionunun tribunasında Azərbaycan bayrağı asılıb.

Bayrağın üzərində isə "O tayı da, bu tayı da" yazılıb.

Qeyd edək ki, qarşılaşma ABŞ-ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. ABŞ bu qələbədən sonra 5 xal toplayaraq qrupda ikinci yer tutub və 1/8 finala yüksəlib.