Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Xorvatiya ilk yarımfinalçı oldu

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqədə qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda da Yaponiyanı penaltilər seriyası ilə üstələyib.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.