Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Uruqvay Cənubi Koreya səddini keçə bilmədi

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.

Qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.