Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Ronaldu son mundialına qələbə ilə başladı

Bu gün DÇ-2022-nin H qrupunda I tura yekun vurulub.

Bu qrupda mübarizəyə qoşulan sonuncu komandalar Portuqaliya və Qana olub.

XXI əsrin iki ən yaxşı futbolçusundan biri sayılan Kriştiano Ronaldu karyerasının son mundialına çıxıb. Qətərdəki çempionatın yeganə azad agent statuslu oyunçusu olan əfsanə, kapitanı olduğu yığmanı zəfərə daşımağı bacarıb.

Qana isə afrikalılar üçün o qədər də uğurlu başlamayan turnirdə sürpriz etmək niyyətində idi. Onlar 8 il əvvəlki mudnialda portuqaliyalılardan aldığı 1:2 hesablı məğlubiyyətin də revanşını almaq arzusu ilə meydana çıxmışdı.

Bütün bunlara baxmayaraq oyun Portuqaliya millisnin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Portuqaliyanın heyətində Kriştianu Ronaldo (65 pen.), Joao Feliks (78), Rafael Leao (80), Qananın heyətində isə Andre Ayyu (73), Bukari (89) vurublar.