Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Portuqaliya son oyunu uduzdu, Cənubi Koreya növbəti mərhələdə

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.

Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

İlk qolu 5-ci dəqiqədə Portuqaliya seçməsindən Rikardo Orta vurub. 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Xvan Xi Çxan qələbə qoluna imza atıb.

6 xalı olan Portuqaliya ilk pillədə qərarlaşıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. Qrupun digər oyununda Uruqvay yığması Qanaya 2:0 hesabı ilə qalib gəlib və 4 xal toplayıb. Nəticədə, daha yaxşı göstəriciləri olan Cənubi Koreya kollektivi pley-offa adlayıb.