Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Mərakeş millisi yarımfinalda - VİDEO

Mərakeş millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Afrika təmsilçisi DÇ-2022-nin 1/4 final mərhələsində Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.

Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.