Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Kameruna kamerunlu qalib gəldi

Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.

Qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Qeyd edək ki, Bril Embolo əslən kamerunludur və İsveçrəyə sonradan köçüb. O, bu səbəbdən də qol vurandan sonra bayram etməyib.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.