Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Jiru Fransa millisinin tarixinə düşdü

“Milan” klubunda çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.

36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.

44-cü dəqiqədə fərqlənən təcrübəli forvard millidəki qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. 3-cü pillədə 42 qolla İspaniyanın “Atletiko” (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.