Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: İsveçrə millisi 1/8 finala vəsiqə qazandı

İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

G qrupunun III turunda Serbiya yığmasına 3:2 hesabı ilə qalib gələn kollektiv 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

İlk qolu 20-ci dəqiqədə İsveçrə seçməsindən Cerdan Şakiri vurub. 6 dəqiqə sonra Aleksandar Mitroviç tarazlığı bərpa edib. 35-ci dəqiqədə Duşan Vlahoviç serbiyalıları önə keçirib. 44-cü dəqiqədə Brel Embolo hesabı yenidən bərabərləşdirib. Son nöqtəni isə 48-ci dəqiqədə Remo Froyler qoyub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran İsveçrə millisini 1/8 finalda Portuqaliyaya rəqib olub. 1 xalı olan Serbiya isə qrupunu sonuncu pillədə tamamlayıb.