Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: İngiltərə millisi 1/8 finalda

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

İngilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.

1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.