Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: İngiltərə Fransaya rəqib oldu - VİDEO

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə millisi adını 1/4 finala yazdırıb.

Oyunda ilk qolu 39-cu dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.

İngiltərə millisi bu qələbə ilə növbəti mərhələdə Fransaya rəqib olub.