Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya çempionatı: Hacı Əliyev finala çıxa bilməyib

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.

65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionumuz 1/8 finalda Aqustin Destribatsa (Argentina), 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda 2020-ci ildəki dünya çempionatının bürünc mükafatçısı Rəhman Amuzadxəliliyə (İran) uduzub - 2:9.

Əliyev sentyabrın 18-də bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.