Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Bu gün hansı oyunlar var?

Qətərdə keçirilən dünya çempionatı davam edir.

Bu gün C və D qruplarında oyunlar baş tutacaq.

Günün ilk matçında C qrupunda mundialın favoritlərindən Argentina Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti 14:00-da çalınacaq.

D qrupunda isə Danimarka Tunislə münasibətləri aydınlaşdıracaq. Bu oyun saat 17:00-da başlayacaq.

C qrupunun ikinci qarşılaşmasında Meksika və Polşa oynayacaq. Bu matç 20:00-da start götürəcək.

Günə isə son dünya çempionu Fransa ilə Avstraliya arasındakı matçla yekun vurulacaq. Bu görüş 23:00-dan etibarən oynanılacaq.