Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Argentina Niderlanda rəqib oldu - VİDEO

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib.

Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi və 57-ci dəqiqədə Julian Alvares vurub. Avstraliya yığmasının heyətində isə Kreyq Qudvin 77-ci dəqiqədə fərqlənib.

Argentina 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.