Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: 1/4 finala ilk vəsiqənin sahibi Niderland oldu - VİDEO

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala ilk vəsiqəni qazanıb.

1/8 finalda ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti mərhələyə yüksəlib.

İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidləniblər. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina - Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.