Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünən sərbəst buraxıldı, bu gün tutuldu - Arzumanyan həbs olundu

Dünən sərbəst buraxılan erməni general Mikael Arzumanyan həbs olunub.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Arzumanyanın vəkili Erem Sarkisyan açıqlayıb.

Onun sözlərinə görə, məhkəmə Arzumanyanın həbs edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. Arzumanyan avqustun 31-i sərbəst buraxılmışdı.

Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olaraq fəaliyyət göstərib.