Logo
news content
User
Kateqoriyalar

Xəbər

DTX tərəfindən saxlanılan nazirin birinci müavininin SEVGİ QALMAQALI

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

Mətbuata nazirin birinci müavini Elnur Əliyevlə bağlı xoşagəlməz məlumatlar daxil olub.

Elnur Əliyev bir müddət öncə həyat yoldaşından ayrılaraq nazirliyin keçmiş Kadrlar şöbəsinin müdiri Zemfira Hüseynbəyli ilə qeyri-rəsmi münasibətdə olub. Bu səbəbdən Əliyevin həyat yoldaşı ilə sevgilisi arasında mübahisə yaşanıb. Münaqişəni sakitləşdirmək üçün mədəniyyət naziri Anar Kərimov onu tutduğu vəzifədən azad edib. Hazırda xanım digər nazirlikdə öz fəaliyyətini davam edir.

Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərin birində Elnur Əliyev oraya Zemfira Hüseynbəyli ilə birlikdə gəlib. Həmin tədbirdə iştirak edən nazirliyin Ümumi şöbəsinin keçmiş rəisi Elnur Əliyevi keçmiş sevgilisi Zemfira Hüseynbəyli ilə gördükdə mübahisə yaranıb. Tərəflər arasında hətta əlbəyaxa dava düşüb. Məsələyə polis müdaxilə edib və iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.

Həmçinin mənbə qeyd edir ki, nazirliyin keçmiş Ümumi şöbəsinin müdiri Zemfira Hüseynbəylininin universitetdə müəllimi olub və onlar, o zamanlar sevgi münasibətində olublar.

Verilən məlumata görə, Zemfira Hüseynbəyli öncə ailəli olub və bu nikahdan iki övladı var. O, keçmiş həyat yoldaşı ilə Birləşmiş Krallığın Kingston London Universitetində birgə təhsil alıb. Həmin şəxs bizneslə məşğuldur.



Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.