Logo
news content
User
Kateqoriyalar

Xəbər

DTX əməliyyat keçirib, mədəniyyət nazirinin birinci müavini və iki vəzifəli şəxs saxlanılıb - YENİLƏNİB/FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.



Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini olmuş Rafiq Bayramov saxlanılmışdı.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha iki vəzifəli şəxsin adı məlum olub.

Əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.



Bundan əlavə, əməliyyat nəticəsində nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da saxlanılıb.



Hazırda əməliyyat davam edir.