Logo
news content
User
Kateqoriyalar

Xəbər

DSX-nin Akademiyasında yanğın baş verib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binasında yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki,  saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın məhdudlaşdırılıb, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş verən hadisə ilə əlaqədar DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

"Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən  bildirilib ki, FHN-in qüvvələri tərəfindən görülən operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.