Dövlət Xidməti: Həqiqi hərbi xidmət müddəti azaldılmayacaq
17 Dekabr 2024
Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, ali təhsilli çağırışçılar üçün əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətinə həqiqi hərbi xidmət nəzərdə tutulur.